Birinci Liqa: “Qəbələ” 2024-cü ilə qələbə ilə başa vurdu

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 11-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, cari mövsümün 2024-cü ilə təsadüf edən sonuncu turunun bütün oyunları eyni gündə baş tutub.

“İmişli” – “Cəbrayıl” matçında qapılara qol vurulmayıb. “Qaradağ Lökbatan” – “Zaqatala” matçında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Baku Sporting”in qonağı olan “Karvan” inamlı qələbəyə sevinib. Lider “Qəbələ” də “Mingəçevir”lə səfər oyununda 2 cavabsız qolla qalib gəlib. “Difai” – MOİK matçının taleyini isə bir qol həll edib.

Birinci Liqa
11-ci tur
24 dekabr

“İmişli” – “Cəbrayıl” 0:0
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.

“Baku Sporting” – “Karvan” 0:2
Qollar: Peter Kinqs, 40. Rəhman Şabanov, 43.
Hakimlər: Rauf Allahverdiyev, Vuqar Bayramov, Aydın Bəxşiyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “ASK Arena”, 14:00.

“Mingəçevir” – “Qəbələ” 0:2
Qollar: Domi Massumo, 8. Şahin Şahniyarov, 46.
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Tərlan Talıbzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.

“Qaradağ Lökbatan” – “Zaqatala” 1:1
Qollar: Həsən Həsənli, 59-öz qapısına – Cavad Qurbanlı, 90+3.
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Orxan İbişov, Murad Səlimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Difai” – MOİK 0:1
Qol: Əzəmət Ələkbərli, 61-öz qapısına.
Hakimlər: Vüqar Həsənli, Mirnihat Seyidov, Asif Abdullayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: