Birinci Liqa: “Şəfa” 3, “Səbail” və “Mingəçevir” 2 qolla qazandı

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 3-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Şəfa” “Cəbrayıl”la ev oyununda 3 cavabsız qola sevinib. “Mingəçevir” evdə “Difai”yə, “Səbail” isə “Şahdağ Qusar”a 2 cavabsız qolla qalib gəlib.

3-cü turun görüşləri sentyabrın 25-də keçiriləcək.

Birinci Liqa
3-cü tur

24 sentyabr

“Şəfa” – “Cəbrayıl” 3:0
Qollar: Emin Zamanov, 50. Ürfan İsmayılov, 80. Amir Ebrahimzade, 90+1.
Hakimlər: Rövşən Rəcəbov, Nurlan Əhmədzadə, Aydın Bəxşiyev, Şamil İmanzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 15:30.

“Mingəçevir” – “Difai” 2:0
Qollar: Cona Attukuaye, 73; 89.
Hakimlər: Emin Əliyev, Safalı Ağayev, Rəşad Quliyev, Vüqar Həsənli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:30.

“Səbail” – “Şahdağ Qusar” 2:0
Qollar: Yusif Nəbiyev, 14. Emin Rüstəmov, 45.
Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Orxan İbişov, Ruslan Quliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 18:00.

25 sentyabr

MOİK – “Zaqatala”
Hakimlər: Kamran Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Əkbər Əhmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 15:30.

“Baku Sportinq” – “Şimal”
Hakimlər: Murad Səlimov, Səbuhi Əmrahov, Sənan Atayev, Namiq Bəkirov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Buzovna qəsəbə stadionu, 15:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: