Birinci Liqaya vəsiqə uğrunda pley-off matçlarının vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasının 2023/2024 mövsümünə vəsiqə uğrunda pley-off görüşlərinin vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, İkinci Liqanın gümüş medalçısı “Cəbrayıl”la Birinci Liqanın 10-cusu “Araz Saatlı” arasında keçiriləcək ilk oyun, birincilərin ev sahibliyi ilə iyunun 9-da baş tutacaq. “Bayıl Arena”da keçiriləcək bu oyuna saat 18:30-da start veriləcək.

Cavab qarşılaşması isə iyunun 15-də baş tutacaq. İyunun 5-nə qədər Saatlı Olimpiya İdman Kompleksinin stadionuna yayım və təşkilati məsələlər ilə bağlı baxış keçiriləcək. Təftişə əsasən cavab oyununun yeri və saatı açıqlanacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: