Birinci və İkinci Liqanın 2023/2024 mövsümünün püşkü atıldı

Bu gün AFFA-nın inzibati binasında Birinci və İkinci Liqanın 2023/2024 mövsümünün püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, liqalarda iştirak edəcək klubların rəsmiləri və media nümayəndələri iştirak ediblər.

Açılış sözü ilə çıxış edən Aslan Şahgəldiyev komandalara verilən tapşırıqları, hazırlıq məsləhət və tövsiyələrini peşəkarcasına icra etməyə çalışdıqlarına görə təşəkkür edib. Xüsusən ilk dəfə keçiriləcək İkinci Liqa komandalarının yanaşması haqda xoş təəssüratlarını bölüşən Şahgəldiyev bu çempionatın ehtimal olunan bütün çatışmazlıqlarına rəğmən Azərbaycan futboluna yeni adlar, klub rəsmilərinə yeni təcrübələr qazandıracağına ümid etdiyini bildirib.

Ardından söz alan Elgiz Abbasov liqaların keçirilmə qaydaları, futbolçu qeydiyyatı, infrastruktur və digər məsələlər barədə məlumat verib.

Bütün məqamlar diqqətə çatdırıldıqdan sonra püşk atılıb.

Beləliklə Birinci və İkinci Liqanın ilk turunda qarşılaşacaq komandalar bəlli olub.

Xatırladaq ki, İkinci Liqa sentyarın 4-də, Birinci Liqa isə sentyabrın 13-də başlayacaq.

Birinci Liqa
1-ci tur

“Difai Ağsu” – MOİK
“Zaqatala” – “İrəvan”
“Karvan” – “Mingəçevir”
“Qaradağ Lökbatan” – “Şamaxı”
“Araz Saatlı” – “İmişli”

İkinci Liqa
1-ci tur

“Ağdaş” – “Şahdağ Qusar”
“Baku Sportinq” – “Şəfa Baku”
“Sheki City” – “Dinamo”
“Lerik” – “Qusar”
“Şəmkir” – “Kür-Araz”
“Füzuli” – “Cəbrayıl”
“Göygöl” – “Kürmük Qax”

Xəbəri sosial şəbəkələrdə paylaş: