Brayan Madjo Avropa rekorduna imza atdı

“Aston Villa”nın hücumçusu Brayan Madjo UEFA Super Kubokunda PSJ ilə qarşılaşmada fərqlənərək tarixi uğura imza atıb.

Arena.az xəbər verir ki, 17 yaşlı forvard bu qol sayəsində Avropa futbolunda 68 il davam edən rekordu yeniləyib.

O, Zalsburqda keçirilmiş matçın ilk hissəsinə əlavə olunmuş ilk dəqiqədə Matvey Safonovun qoruduğu PSJ-nin qapısına yol tapıb. Bununla da hesab 1:1 olub.

Brayan Madjo qarşılaşma zamanı 17 yaş 212 günlük olub. O, Avropa klub turnirlərinin həlledici oyunlarında qol vurmuş ən gənc futbolçu adına yiyələnib.

Əvvəlki rekord İngiltərə futbolunun əfsanəvi hücumçusu Cimmi Qrivzə məxsus idi. Qrivz 1958-ci ildə Yarmarkalar Kubokunun finalının ilk oyununda 18 yaş 13 günlük olarkən qol vurmuşdu. Madjo bununla 68 il əvvəl müəyyənləşdirilmiş göstəricini geridə qoyub.

UEFA Super Kuboku matçları üzrə isə 1995-ci ildən etibarən rekord Niderland millisinin sabiq hücumçusu Patrik Kluyvertə məxsus idi. O, bu turnirdə qol vurarkən 18 yaş 327 günlük olub.

Beləliklə, Madjo həm “Aston Villa”nın PSJ-yə qarşı mübarizəsində mühüm qolun müəllifi olub, həm də Avropa klub futbolunun tarixində ən gənc rekordçulardan birinə çevrilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: