Bruno Mendes “Korintians”ı “Qranada”ya dəyişdi

Futbol üzrə Uruqvay millisinin və Braziliyanın “Korintians” klubunun müdafiəçisi Bruno Mendes La Liqa təmsilçisi “Qranada”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Mendes 2024-cü il yanvarın 1-də azad agent kimi yeni klubuna qoşulacaq. 24 yaşlı futbolçunun hazırkı klubu ilə müqaviləsi dekabrın 31-də başa çatır. Bu üzdən də “Qranada” onun keçidi üçün Braziliya klubuna təzminat ödəməyəcək. Mərkəz müdafiəçisinin İspaniya klubu ilə neçə illik müqaviləyə imza atdığı açıqlanmır.

Xatırladaq ki, Bruno Mendes Uruqvayın “Montevideo Uonderers” klubunun yetirməsidir. O, 2019-cu ilin fevralında məhz bu klubdan ayrılaraq “Korintians”a keçmişdi. Müdafiəçi 2021/2022 mövsümündə “İnternasional”da da icarədə olub. O, Uruqvay millisində 6 oyun keçirib, ölkəsinin U-18, U-20 və U-22 yığmalarında oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: