“Buriram Yunayted” Ramil Şeydayevsiz xal itirdi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Tailandın “Buriram Yunayted” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv Tailand çempionatının 2023/2024 mövsümünün 8-ci turu çərçivəsində bu gün “Çianqray Yunayted”lə qarşılaşıb.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. Qarşılaşmada qalib müəyyənləşməyib – 0:0.

Ramil bu görüşün iştirakçısı olmayıb. Azərbaycan millisinin düşərgəsindən yenicə dönmüş futbolçumuza istirahət verilib. Əvvəlki turlarda 1 qol vurub, 3 məhsuldar ötürmə etmiş Şeydayevin adı bu oyunun iştirak ərizəsinə də daxil edilməyib.

Bu nəticədən sonra 15 xala malik futbolçumuzun komandası 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.

Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 9 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: