AFFA-nın dəvəti ilə Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers bu gün hakimlərimizə seminar keçib.
Arena.az xəbər verir ki, açılış mərasimində AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere tədbir iştirakçılarını salamlayıb.
Daha sonra çıxış edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanda hakimliyin böyük ənənəyə malik məktəbinin olduğunu bildirib. Sərxan Hacıyev bu il tanınmış hakim Tofiq Bəhramovun 100 illik yubileyinin olduğunu xatırladıb. O, əlavə edib ki, mərhum hakimin parlaq karyerası gənclərə nümunə olmalıdır.
Byorn Kuypers seminarda liderlik və oyun idarəçiliyi, eyni zamanda kommunikasiya üzrə təcrübələrini bölüşüb. O, azərbaycanlı hakimlərin müxtəlif mövzularla bağlı suallarını cavablandırıb.
Tədbirdə həmçinin 2025-ci ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunub.
Emblemlər təqdim olunduqdan sonra bağlanış mərasimi baş tutub. AFFA rəsmiləri dəvəti qəbul edərək hakimlərimizə seminar keçmək üçün Bakıya gələn Byorn Kuypersə təşəkkürlərini bildiriblər. Niderlandlı qonağa onun təvəllüdünü əks etdirən milli komandamızın 73 nömrəli forması hədiyyə olunub.
Tədbirdən sonra media nümayəndələri üçün brifinq təşkil edilib.
Referilər:
- Ağayev Əliyar
- Məsiyev Elçin
- Umudlu Kamal
- Lütfəliyeva Fəridə
Referi köməkçiləri:
- Zeynalov Zeynal
- Əmirəli Akif
- Abdullayev Elşad
- Talıbov Pərvin
- Hüseynov Namiq
- Məmmədov Vüsal
- Əkbərzadə Gülnurə
- Nurıyeva Sevda
VAR hakimləri:
- Ağayev Əliyar
- Məsiyev Elçin
Futzal:
- Qafarlı Hikmət
- Əmiraslanov Knyaz
- Cəbrayılov Əli
Çimərlik futbolu:
- Məmmədov İnqilab
- Nağıyev Nail



