“Cəbrayıl” Birinci Liqaya vəsiqə qazandı

Futbol üzrə Azərbaycan Birinci Liqasını 10-cu sırada başa vuran “Araz Saatlı” bu gün İkinci Liqanın 2-cisi “Cəbrayıl”la üz-üzə gəlib.

Arena.az xəbər verir ki, 2024/2025 mövsümündə Birinci Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ikinci görüşü Saatlıdakı Olimpiya Kompleksinin stadionunda baş tutub.

Qarşılaşma Cəbrayılın eyniadlı kollektivinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə də 2:0 hesabı ilə qalib gəlmiş Cavid Hüseynovun komandası yeni mövsümdən etibarən Birinci Liqada iştirak etmək hüququ qazanıb. “Araz Saatlı” isə 2024/2025 mövsümünə İkinci Liqada start verəcək.

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyunu
15 iyun

“Araz Saatlı” – “Cəbrayıl” 1:3
Qollar: Ravil Yusifli, 77-pen – Ruslan Voronsov, 24. Tapdıq Əhmədov, 45-pen. Nurlan Quliyev, 80.
Hakimlər: Tural Qurbanov, Şirmamed Mamedov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Saatlı OİK stadionu, 17:30.

Araz Saatlı: 1. Əmrah Məmmədli, 11. Elnur Mustafazadə, 10. Ravil Yusifli, 7. Oqtay Məmmədov (k), 4. Fərid Nadirov, 44. Cavidan Rəhimli, 6. Həmzə Əliyev, 5. Sehran Abbasov, 15. Sequn Omotoşo, 29. Lamin Çam, 19. Elijah Ben.
Ehtiyat oyunçular: 12. Məhəmməd Əhmədov, 17. Ceyhun Rəcəbli, 22. Davud Mahmudov, 66. Ənəs Şabanov, 24. Ülvi Əvəzov.
Məşqçi: Zəkəray Atakişiyev.

Cəbrayıl: 1. Fərman Bayramov, 20. Ruslan Əmircanov (k), 4. Vüsal Səfərov, 44. Samir İbrahimov, 9. Ruslan Voronsov, 7. Tapdıq Əhmədov, 13. Elşad Əliyev, 19. Məhərrəm Orucov, 22. Əli Nəcəfli, 77. Zahir Mirzəzadə, 11. Polad İbrahimov.
Ehtiyat oyunçular: 12. Nurlan Quluzadə, 10. Elvin Məmmədov, 28. Cavid Tağıyev, 17. Nurlan Quliyev, 25. Baxşəli Baxşəliyev, 33. Hüseyn Novruzov, 14. Əliəkbər Şəbiyev.
Baş məşqçi: Cavid Hüseynov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: