Cari yay transfer pəncərəsi çəkilən xərclər üzrə rekod vurdu

Cari yay transfer pəncərəsi çəkilmiş xərclər üzrə yeni rekord vurub. Arena.az xəbər verir ki, ənənəvi olaraq “Transfermarkt” internet-portalı müvafiq məlumatı dərc edib.

Mənbənin məlumatına görə, klublar cari yay transfer pəncərəsində transferlərə ümumilikdə 6,56 milyard funt-sterlinq xərc çəkiblər. Bu göstərici ümumi transfer xərcləri 6,51 milyard funt-sterlinq təşkil etmiş 2019-cu ilin rekordunu üstələyib.

İngiltərə Premyer Liqası klubları bu yay transferlərə ən çox, 2,1 milyard funt-sterlinq xərcləyiblər. Səudiyyə Ərəbistanı klubları isə 728 milyon funt-sterlinq xərc qoyublar. İtaliya A Seriyası 682 milyon funt-sterlinq məbləğlə ilk üçlüyü qapayır.

“Böyük beşlik” futbol ölkələrinin digər təmsilçilərindən Almaniya Bundesliqasının klubları 598 milyon funt-sterlinq, Fransa Liqa 1-nin klubları 594 milyon funt-sterinq və İspaniya La Liqasının klubları isə 342 milyon funt-sterlinq məbləği transferlərə xərcləyiblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: