Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil edilmiş təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama görüşünü keçirib.
Arena.az xəbər verir ki, millimiz Belarus yığması ilə qarşılaşıb.
Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutan qarşılaşmada rəqib 3:2 hesablı qələbə qazanıb. Komandamızın heyətində qolları Amid Nəzərov və Sabir Allahquliyev vurublar.
Xatırladaq ki, bu komandalar arasında keçirilən ilk yoxlama görüşü də rəqibin qələbəsi ilə yekunlaşmışdı – 4:2.
Qeyd edək ki, avqustun 1-dən yeni baş məşqçisi Sahib Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına başlayan Azərbaycan millisi ayın 31-nə qədər Bakıda hazırlıq keçəcək.


