Çimərlik futbolu: Millimiz İngiltərə və İspaniya ilə eyni qrupda

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının 2025-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.

Arena.az xəbər verir ki, millimiz A qrupunda yarışacaq.

Komandamızın rəqibləri İspaniya, İngiltərə və Gürcüstan yığmaları olacaq. Seçmə mərhələdə bütövlükdə 24 yığma 4 vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, qrup oyunlarına İspaniyanın Kadis şəhəri ev sahibliyi edəcək.

Xatırladaq ki, çimərlik futbolu üzrə Azərbaycan milli komandasına Sahib Məmmədov rəhbərlik edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: