Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ilk oyuna çıxıb.
Arena.az xəbər verir ki, B Liqasının B qrupunda yer almış milli komandamız İngiltərə yığması ilə qarşılaşıb.
Batumi çimərlik meydançasında baş tutmuş görüş komandamızın 8:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sabir Allahquliyev 4 qola imza atıb. Sahib Məmmədov və Mirmövsüm Cəniyev isə hərəyə 2 qol vurublar.
Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu bu gün Slovakiyaya, üçüncü matçını isə iyulun 17-də Latviyaya qarşı keçirəcək.


