Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, komandamız Qazaxıstan yığması ilə qarşılaşıb.
Su İdmanı Sarayında təşkil edilmiş görüş millimizin 6:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində Sabir Allahquliyev 3, Orxan Məmmədov, Ramil Əliyev və İsa İsayev isə hərəyə bir qol vurublar.
Qeyd edək ki, bu komandalar arasında daha bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.


