Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşündə qüvvəsini sınayıb.
Arena.az xəbər verir ki, millimiz Qazaxıstan yığması ilə qarşılaşıb.
Oyun komandamızın 7:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sahib Məmmədov 5 qol vurub. Orxan Məmmədov və Mirmövsüm Caniyev isə hərəyə bir dəfə fərqləniblər.


