Çimərlik futbolu: Millimizin seçmə mərhələ üçün heyəti bilindi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gündən iyulun 20-dək Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışında olacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, milli komandamız burada həm də Avropa çempionatının seçmə mərhələsində (EBSL) iştirak edəcək.

B Liqasının B qrupunda yer almış millimiz iyulun 15-də İngiltərə, 16-da Slovakiya, 17-də isə Latviya yığması ilə qarşılaşacaq. Hər üç oyun Batumi çimərlik meydançasında təşkil olunacaq.

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasına dəvət edilmiş oyunçuların adlarını nəzərinizə çatdırırıq:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev, Mirmövsüm Caniyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: