Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşanın Krakov şəhərində təşkil olunmuş 3-cü Avropa Oyunlarında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, A qrupunda yer alan yığmamız üçüncü matçında İspaniya seçmə komandası ilə üz-üzə gəlib.
Səkkiz qolun qeydə alındığı qarşılaşma İspaniya yığmasının 7:1 hesablı qələbəsi ilə bitib. Millimizin heyətində yeganə qolu 10-cu dəqiqədə Elşad Manafov vurub.
Millimiz bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb:
Azərbaycan: 22. Elçin Qasımov, 7. Amid Nəzərov, 11. Orxan Məmmədov, 13. Comərd Baxşəliyev, 17. Sabir Allahquliyev.
Ehtiyat oyunçular: 1. Vaqif Şirinbəyov, 4. Elşad Manafov, 6. İsa Zeynallı, 9. Fuad Hüseynov, 10. Ramil Əliyev, 14. Kamran Qürbətov, 19. Hüseyn Axundov.
Baş məşqçi: Zeynal Zeynalov.
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk matçını meydan sahibi Polşaya qarşı keçirmiş və 2:7 hesabıyla məğlub olmuşdu. Komandamız qrupdakı ikinci matçını isə Portuqaliya yığmasına qarşı keçirmiş və 2:5 hesabıyla uduzmuşdu.
Qrup sonuncusu olan çimərlik futbolu üzrə Azərbaycan millisi 5-8-ci yerlər uğrunda mübarizə aparmalı olacaq. Rəqibimizin kimliyinə hələ aydınlıq gəlməyib.
27 iyun
Azərbaycan – Polşa 2:7
28 iyun
Portuqaliya – Azərbaycan 5:2
29 iyun
İspaniya – Azərbaycan 7:1


