Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının avqustun 1-dən 31-nə qədər Bakı şəhərində təlim-məşq toplanışı baş tutacaq.
Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Yığmamız hazırlıq prosesi çərçivəsində Belarusla iki yoxlama oyununda da qüvvəsini sınayacaq. Matçlar avqustun 26-da və 27-də Su İdmanı Sarayının çimərlik meydançasında təşkil olunacaq. Hər iki oyuna saat 18:00-da start veriləcək.
Təlim-məşq toplanışına 12 futbolçu dəvət alıb. Çimərlik futbolu üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Sahib Məmmədov bu oyunçulara dəvət göndərib:
Qapıçılar: Vaqif Şirinbəyov, Elçin Qasımov;
Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Əbdül Əliyev, Kamil Hüseynov.


