Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanıda keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb.
Arena.az xəbər verir ki, Batumi şəhərində təşkil edilmiş B Liqasının B qrupunda yer alan millimiz Latviya yığması ilə qarşılaşıb.
Batumi çimərlik meydançasında baş tutmuş görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində hər iki qolu Orxan Məmmədov vurub.
Bununla qrupda ikinci yeri tutan Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb. Komandamız bu raundda Norveç yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, çimərlik güləşi üzrə Azərbaycan millisi daha öncə qrupdakı ilk iki oyunda İngiltərəyə 8:3, Slovakiyaya 4:2 hesabı ilə qalib gəlmişdi.


