Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb.
Arena.az xəbər verir ki, Zeynal Zeynalovun çalışdırdığı komandamız Bakıda baş tutan seçmə mərhələdəki ikinci oyununda Estoniya yığması ilə qarşılaşıb.
“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunan oyunda Estoniya futbolçuları qələbə qazanıblar – 7:4. Azərbaycan yığmasından qolları dubla imza atan Elşad Manafov, eləcə də hərəyə bir dəfə fərqlənən Orxan Məmmədovla Fuad Hüseynov vurublar.
Bir daha qeyd edək ki, dünya çempionatının seçmə mərhələ oyunları Bakıda keçirilir. Bu gün A qrupunun digər görüşündə İtaliya və Mpldova seçmələri qarşılaşıblar. Bu oyunda isə İtaliya yığması 3:1 hesabıyla üstün olub. İtalyanlar ilk turda estonlara da eyni hesabla qalib gəlmişdilər. Millimiz isə Moldovaya 2:3 hesabıyla uduzmuşdu.
Son turda rəqibimiz İtaliya yığması olacaq.
Xatırladaq ki, çimərlik futbolu üzrə Azərbaycan millisi DÇ-nin seçmə mərhələ oyunları üçün bu oyunçuları sifariş edib:
Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
İsa Zeynalli
Sabir Allahquliyev
Ramil Əliyev
Kamran Qürbətov
Amid Nəzərov
Hüseyn Axundov
Tural Qurbatov


