İtaliyanın Turin şəhərində ən yaxşı gənc oyunçuya təqdim edilən “Golden Boy” mükafatının cari il üçün təqdimatı keçirilib.
Arena.az məlumat verir ki, İngiltərə yığmasının və “Real”ın mərkəz yarımmüdafiəçisi Cud Bellingem mükafatın qalibi olub.
“Real” dünyanın ən yaxşı komandasıdır. Şadam ki, burada oynamaq imkanım var”, deyə Bellingem heyətində bu uğuru qazandığı “kral klubu” haqda bildirib.
Bellingem “Real”a cari ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.
Bellingem İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Cari mövsümdə Bellingem Madrid təmsilçisinin heyətində 17 oyuna çıxıb, 15 qol vurub, 4 məhsuldar ötürmə verib.
Gənc yaşına rəğmən, Cud Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 27 oyun keçirib. Cud yığma komandanın heyətində 2 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 150 milyon avro məbləğində qiymətləndirir.


