“Endeavour Group Holdings”ə məxsus qarışıq döyüş sənətlərinin təşviqi UFC və WWE rəsmi olaraq yeni ictimai şirkət olan TKO ilə birləşib.
Arena.az məlumat verir ki, UFC prezidenti vəzifəsində çalışmış Dana Uayt isə təşviqin baş direktoru təyin edilib.
Beləliklə, qanuni olaraq, Uayt artıq təşviqin prezidenti deyil.
“Bizi gələcəkdə nə gözlədiyi və nəyə doğru getdiyimizlə bağlı hədsiz şadam. Bu birləşmədən sonra biz dünənkindən qat-qat güclü olduq. Mən əvvəlki tək UFC-də baş verən hər şeyi müəyyənləşdirirəm və bununla bağlı heç nə dəyişməyib. Biz hər il etdiyimiz kimi dalları dağıtmağa davam edəcəyik.
Döyüşçülər, KİV nümayəndələri və aidiyyatı olan hər kəs üçün bunların hamısı yeni səviyyəyə çıxır. Hər şey miqyası daha da böyüyür. Vaxtım bitməmişdən əvvəl etməyi nəzərdə tutduğum şeylərdən danışırıqsa, bu gün hər şeyi etmək çox daha asandır”, deyə Dana Uayt mətbuat konfransında bildirib.


