Futbol üzrə dünya çempionatının (DÇ-2022) aprelin 1-də keçiriləcək püşkatma mərasimi üçün səbətlərin tərkibi müəyyənləşib. Arena.az xəbər verir ki, hazırda mundialın final mərhələsinin 32 iştirakçısından 29-u məlumdur.
Pley-of mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək. Avropa zonası üzrə Şotlandiya – Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri – Avstraliya cütünün qalibi isə Peru ilə qarşılaşmada növbəti vəsiqənin taleyinə aydınlıq gətirəcək. Yeni Zelandiya yığması da Kosta-Rika millisi ilə görüşəcək.
Səbətlərə gəlincə, ev sahibi Qətərlə yanaşı, əsas favoritlər arasında göstərilən 7 yığma birinci səbətdə yer alıb. Bu baxımdan yalnız Almaniya yığmasının ilk səbətdə yox, ikinci səbətdə yer alması diqqət çəkir.
32 komanda püşkatma nəticəsində 8 qrupa bölünəcək. Hər qrupda dörd komanda yer alacaq. Mundialda isə hər qrupda ilk iki yeri tutan kollektivlər növbəti mərhələyə vəsiqə qazanacaq.
Xatırladaq ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Tarixə 22-ci dünya çempionatı kimi düşəcək bu turnir 32 komandanın iştirakı ilə keçiriləcək sonuncu mundial olacaq. Belə ki, 2026-cı ildən etibarən komanda sayının 48-ə çıxarılması nəzərdə tutulub.
1-ci səbət
Qətər (A qrupu)
Braziliya
Belçika
Fransa
Argentina
İngiltərə
İspaniya
Portuqaliya
2-ci səbət
Meksika
Niderland
Danimarka
Almaniya
Uruqvay
İsveçrə
ABŞ
Xorvatiya
3-cü səbət
Seneqal
İran
Yaponiya
Mərakeş
Serbiya
Polşa
Cənubi Koreya
Tunis
4-cü səbət
Kamerun
Kanada
Ekvador
Səudiyyə Ərəbistanı
Qana
Şotlandiya/Ukrayna – Uels
Birləşmiş Ərəb Əmirlikləri/Avstraliya – Peru
Yeni Zelandiya – Kosta-Rika


