DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 4-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 13 qarşılaşma baş tutub.
A qrupunda yer alan Azərbaycan yığması da növbəti matçına bu gün çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Lüksemburqla qarşılaşıb və növbəti məğlubuyyətə üzülüb. Qrupun digər matçında Portuqaliya millisi İrlandiyanı qəbul edib. Bu oyunda da qapılara üç qol vurulub. Portuqaliya millisi son dəqiqələrdə Kristiano Ronaldonun vurduğu qollar sayəsində əzmkar qələbəyə sevinib.
G qrupunda mübarizə aparan Türkiyə millisi Monteneqro ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu matç heç-heçə bitib. Qrupun digər matçlarında Niderland yığması Norveçlə heç-heçə edibsə, Latviya Cəbəllütariq millisinə qalib gəlib.
D qrupunda dünya çempionatının son qalibi Fransa yığması Bosniya və Herseqovina ilə üz-üzə gəlib. Bu oyunda qalib müəyyənləşməyib.
Dörd qolun qeydə alındığı Qazaxıstan – Ukrayna matçı da heç-heçə bitib.
H qrupunda Rusiya yığması Xorvatiya ilə qolsuz heç-heçə edibsə, Sloveniya da Slovakiya ilə bərabərə qalıb. Malta yığması isə Kipr üzərində darmadağına sevinib.
DÇ-2022-nin seçmə mərhələsi
4-cü tur
1 sentyabr
A qrupu
Portuqaliya – İrlandiya 2:1
Qol: Ronaldo, 89; 90+6 – Eqan, 45.
Lüksemburq – Azərbaycan 2:1
Qol: M.Pinto, 8. J.Rodriqes, 28-pen – E.Mahmudov, 67.
Portuqaliya – 10, Serbiya – 7, Lüksemburq – 6, Azərbaycan – 0, İrlandiya – 0
D qrupu
Qazaxıstan – Ukrayna 2:2
Qol: Valiullin, 74; 90+6 – Yaremçuk, 2. Sikan, 90+3.
Fransa – Bosniya və Herseqovina 1:1
Qol: Qrizmann, 40 – Dzeko, 36.
Fransa – 8, Ukrayna – 4, Finlandiya – 2, Bosniya və Herseqovina – 2, Qazaxıstan – 2
F qrupu
Danimarka – Şotlandiya 2:0
Qol: Vass, 14. Mehle, 15.
Moldova – Avstriya 0:2
Qol: Baumqartner, 45+1. Arnautoviç, 90+4.
Farer adaları – İsrail 0:4
Qol: Zahavi, 12; 44; 90+2. Dabbur, 52.
Danimarka – 12, İsrail – 7, Avstriya – 7, Şotlandiya – 5, Farer adaları – 1, Moldova – 1
G qrupu
Norveç – Niderland 1:1
Qol: Haland, 20 – Klaassen, 37.
Türkiyə – Monteneqro 2:2
Qol: C.Ünder, 9. Y.Yazıcı, 31 – Maruşiç, 40. Radunoviç, 90+7.
Latviya – Cəbəllütariq 3:1
Qol: Qutkovski, 50-pen; 85. Çiqanik, 89 – De Barr, 71-pen.
Türkiyə – 8, Niderland – 7, Monteneqro – 7, Norveç – 7, Latviya – 4, Cəbəllütariq – 0
H qrupu
Rusiya – Xorvatiya 0:0
Sloveniya – Slovakiya 1:1
Qol: Stoyanoviç, 42 – Bojenik, 32.
Malta – Kipr 3:0
Qol: Attard, 44; 54. Mbonq, 46.
Xorvatiya – 7, Rusiya – 7, Slovakiya – 6, Sloveniya – 4, Malta – 4, Kipr – 4