DÇ-2026: Mundialda iştirak edəcək 42 milli məlumdur!

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) final mərhələsinə vəsiqə qazanmış komandaların sayı 42-yə çatıb.

Arena.az xəbər verir ki, ötən gecə keçirilmiş oyunlardan sonra daha 8 komanda mundiala vəsiqə qazanıb.

Avropa zonası üzrə seçmə mərhələ tam yekunlaşdıqdan sonra İsveçrə, İspaniya, Şotlandiya, Avstriya və Belçika yığmalarının da mundialda iştirak edəcəyi dəqiqləşib. KONKAKAF zonasından da Kurasao, Panama və Haiti yığmaları DÇ-nin final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.

Dünya çempionatının final mərhələsində iştirakı dəqiqləşmiş 42 komandanın siyahısı belədir:

Kanada (ev sahibi)
Meksika (ev sahibi)
ABŞ (ev sahibi)
Yaponiya
Yeni Zelandiya
İran
Argentina
Özbəkistan (debüt)
Cənubi Koreya
İordaniya (debüt)
Avstraliya
Braziliya
Ekvador
Uruqvay
Kolumbiya
Paraqvay
Mərakeş
Tunis
Misir
Əlcəzair
Qana
Kabo Verde (debüt)
Cənubi Afrika
İngiltərə
Seneqal
Səudiyyə Ərəbistanı
Kot-d’İvuar
Qətər
Fransa
Xorvatiya
Portuqaliya
Norveç
Almaniya
Niderland
İsveçrə
İspaniya
Şotlandiya
Avstriya
Belçika
Kurasao
Panama
Haiti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: