DÇ-2026: Türkiyə millisindən bolqarlara 6 qol

Futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində bu gün daha 8 qarşılaşma keçirilib.

Arena.az xəbər verir ki, E qrupunda yer almış Türkiyə millisi səfərdə Bolqarıstan yığması ilə qarşılaşıb və darmadağına sevinib.

Eyni qrupda İspaniya yığması doğma meydanda Gürcüstanı qəbul edib və inamlı qələbə qazanıb. Portuqaliya yığması İrlandiya ilə ev oyununda çətin qələbəyə sevinib. İtaliya millisi isə Estoniyanın qonağı olub. Dörd qolluq oyun italyanların inamlı qələbəsi ilə yekunlaşıb.

DÇ-2026-nın seçmə mərhələsi
11 oktyabr

E qrupu

Bolqarıstan – Türkiyə 1:6
Qollar: Kirilov, 13 – A.Gülər, 11. Popov, 49-öz qapısına. K.Yıldız, 51; 56. Z.Çelik, 65. İ.C.Kahveci, 90+3.

İspaniya – Gürcüstan 2:0
Qollar: Pino, 24. Oyarsabal, 64.

Xal: İspaniya – 9. Türkiyə – 6. Gürcüstan – 3. Bolqarıstan – 0.

F qrupu

Macarıstan – Ermənistan 2:0
Qollar: Lukaçs, 56. Qruber, 90+4.

Portuqaliya – İrlandiya 1:0
Qol: R.Neves, 90+1.

Xal: Portuqaliya – 9. Macarıstan – 4. Ermənistan – 3. İrlandiya – 1.

I qrupu

Norveç – İsrail 5:0
Qollar: Xalaili, 18-öz qapısına. Haland, 27; 63; 72. Naxmias, 28-öz qapısına.

Estoniya – İtaliya 1:3
Qollar: Sappinen, 76 – M.Kin, 4. Reteqi, 38. Espozito, 74.

Xal: Norveç – 18. İtaliya – 12. İsrail – 9. Estoniya – 3. Moldova – 0.

K qrupu

Latviya – Andorra 2:2
Qollar: Zelenkov, 41. Qutkoviç, 55-pen – San Nikolas, 33. İ.Oliveyra, 78.

Serbiya – Albaniya 0:1
Qol: Manay, 45+1.

Xal: İngiltərə – 15. Albaniya – 11. Serbiya – 7. Latviya – 5. Andorra – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: