2026/2027 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək “Gəncə” basketbol komandasının FIBA Avropa Kubokundakı rəqibləri bəlli olub.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi C qrupunda yer alan komandalarla üz-üzə gələcək.
“Gəncə” Rumıniyanın “Universitatiya”, Portuqaliyanın “Sportinq”, Bolqarıstanın “Rilski Sportist”, Yunanıstanın “Kolossos” və Türkiyənin “Erokspor” kollektivləri ilə qarşılaşacaq.
FIBA Çempionlar Liqasının (ÇL) təsnifat mərhələsində mübarizə aparacaq Azərbaycan təmsilçisi “Landau Lions” basketbol komandası da bu turnirdə uğursuzluqla üzləşəcəyi təqdirdə, Avropa Kubokunun qrup mərhələsində çıxış edəcək. Azərbaycan təmsilçisi ÇL-də mübarizəni dayandırsa, püşkün nəticəsinə əsasən G qrupunda mübarizə aparacaq. “Landau Lions” burada İsveçrənin “Lions de Geneve”, Danimarkanın “Bakken Bears Arhus”, Portuqaliyanın “Benfika”, Türkiyənin “Yukatel Denizli Basket” və “Prievidza” (Slovakiya) – “Samobor” (Xorvatiya) cütünün qalibi ilə mübarizə apara bilər.


