İtaliyanın “Katanzaro” klubunun gənc hücumameyilli yarımmüdafiəçisi Mattia Liberali bundan sonra “Komo”nun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Komo” rəsmi saytı vasitəsilə məlumat yayıb.
19 yaşlı futbolçu İtaliya gənclər millisinin üzvüdür və son olaraq ölkənin B Seriyasında çıxış edən “Katanzaro” klubunun formasını geyinirdi. O, bundan sonra A Seriyasında mübarizə aparan və baş məşqçisi Sesk Fabreqas olan “Komo”nun şərəfini qoruyacaq. “Komo” bu transfer üçün qarşı tərəfə 6 milyon avro təzminat ödəyib. Tərəflər arasında 2031-ci ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Mattia Liberali ötən mövsüm “Katanzaro”nun heyətində bütün turnirlərdə 30 oyuna çıxıb. Hücumameyilli yarımmüdafiəçi bu görüşlərdə 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
“Milan” yetirməsi olan Liberali İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.



