Abdallah Sudi “Araz-Naxçıvan”da

Futbol üzrə Burundi milli komandasının mərkəz hücumçusu Abdallah Sudi bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Naxçıvan klubunun rəsmi saytına istinadən xəbər verir.

Mərkəz hücumçusu ilə imzalanmış müqavilənin müddəti 1 ildir. 26 yaşlı forvard yeni klubuna azad agent kimi keçib.

Abdallah Sudi müxtəlif illərdə “Vital O”, “Kiqali”, “Əl-Faysal”, “Muktijoddha”, “Əl-Naft”, “Kuçinq”, “Əl-Əttihad”, PSİS klublarında çıxış edib. Futbolçu son mövsümü İndoneziyanın “Persijap” komandasında keçirib. O, sözügedən klubdan bu yay azad agent kimi ayrılmışdı.

Konqo Demokratik Respublikasının vətəndaşlığını da daşıyan Sudi 2022-ci ildən Burundi millisinin formasını geyinir. O, yığmanın heyətində 13 oyuna çıxıb, 3 qol vurub.

Sudi artıq komanda ilə birgə məşqlərə başlayıb.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Artur Auqusto Da Silva, Məhəmməd Mara, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: