Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” bu gün sözügedən turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində “Vestri” ilə cavab oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Azərbaycan və İslandiya təmsilçiləri arasındakı cavab qarşılaşması Reykyavik şəhərində baş tutacaq.
Ağdam təmsilçisi İslandiya klubuna qarşı ilk oyununu iyulun 9-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirmiş və 3:0 hesablı qələbəyə sevinmişdi. Ağdam klubu bu uğurun davamını səfərdə gətirməyə çalışacaq. Bu komandaların cavab görüşünü çexiyalı hakimlər idarə edəcəklər. Matçın baş hakimi Marek Radina olacaq.
Xatırladaq ki, “Qarabağ” “Vestri” səddini keçəcəyi halda növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq və ilk oyunu evdə keçirəcək.
Avroliqada 2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.
Avropa Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
17 iyul
00:00. Vestri – Qarabağ
Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Katalik, Daniel Vokoun (Çexiya).
Reykyavik. “Trottarvöllur” stadionu.


