Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, Zeynal Zeynalovun çalışdırdığı komandamız startda Moldova yığması ilə qarşılaşıb.
“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunan oyunda Moldova futbolçuları qələbə qazanıblar – 3:2. Azərbaycan yığmasından qolları 7-ci dəqiqədə Elçin Qasımov və 33-cü dəqiqədə Tural Qürbətov vurublar.
Dünya çempionatının seçmə mərhələ oyunları Bakıda keçirilir. Bu gün A qrupunun digər görüşündə İtaliya və Estoniya seçmələri qarşılaşıblar. Bu oyunda isə İtaliya yığması 3:1 hesabıyla üstün olub.
Xatırladaq ki, çimərlik futbolu üzrə Azərbaycan millisi DÇ-nin seçmə mərhələ oyunları üçün bu oyunçuları sifariş edib:
Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
İsa Zeynalli
Sabir Allahquliyev
Ramil Əliyev
Kamran Qürbətov
Amid Nəzərov
Hüseyn Axundov
Tural Qurbatov


