Devid Bekhem həyat yoldaşına söz atdı: “İşçi sinfindəndir”

İngiltərə yığmasının sabiq futbolçusu, məşhur Devid Bekhem sosial şəbəkədə həyat yoldaşı Viktoriya Bekhemə zarafatyana söz atıb.

Arena.az məlumat verir ki, bu atmacanın kökü cütlüyün hələ, ilk tanışlıq dövrünə gedib çıxır.

Bekhem daha əvvəl də belə bir atmaca atmışdı. Bir müddət əvvəl Viktoriya Bekhem sənədli filmin çəkilişi zamanı valideynlərinin işçi sinfindən olduğunu və həyatda çətinlik çəkdiyini bildirmişdi. Bu sözü təsadüfən qulağı almış Devid çəkiliş prosesinə müdaxilə edərək həyat yoldaşını yalan danışmamağa çağırıb. Devid Viktoriyanı kamera qarşısında valideynlərinin bahalı avtomobili olduğunu etiraf etməyə məcbur edib.

Bu hadisədən sonra Bekhem arvadına mütəmadi sataşır, onun “işçi sinfi” haqqında sözlərini xatırladır. Viktoriyanın valideynləri ilə bu günlərdə çəkilmiş şəklin başlığı məhz belə oynaq xüsusiyyət daşıyır:

“The Ritz”də (lüks restoranlar şəbəkəsi – redaktorun qeydi) Yeni il ərəfəsində adi xoş nahar.

Həyat yoldaşım çox işçi sinifidir. Qayınatam və qayınanam bizdən “Rolls-Roys”da getdilər”, – Devid Bekhem özünün sosial şəbəkə hesabı üzərindən dərc edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: