Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone “döşəkçilər”in ispan sol cinah oyunçusu Xavi Qalan barədə fikirlərini bölüşüb.
Arena.az argentinalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Qalanın etdikləri inanılmazdır. Mövsümün əvvəlində biz ona çox da güvənmirdik. Hətta onun gedə biləcəyini də fikirləşirdik. Amma onun necə məşq etdiyini gördük. Onun münasibəti fantastik idi. Xavi fürsət qazandı və əla çıxış edir”, deyə Dieqo Simeone vurğulayıb.
Xatırladaq ki, Xavi Qalan “Atletiko”ya 2023-cü ilin iyul ayında “Selta”dan keçib. 30 yaşlı ispan futbolçunun Madrid klubu ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var. O, ötən mövsümün ikinci dövrəsini “Real Sosyedad”da icarədə keçirib (18 oyun, 1 assist). Cari mövsümdə isə müdafiəçi “Atletiko”nun heyətində 16 oyun keçirib, 2 məhsuldar ötürmə müəllifi olub. Qalanın “Atletiko”nun heyətindəki çıxışı ümumilikdə 25 oyun və 3 məhsuldar ötürmədən ibarətdir.
Xavi Qalan daha öncə “Selta”, “Kordoba” və “Hueska”da da forma geyinib.
“Transfermarkt” internet-portalı 30 yaşlı müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.


