Bu gün 2025/2026-cı illər mövsümündə futbol üzrə Azərbaycan Birinci Liqasında çıxış edəcək sonuncu komandanın adına aydınlıq gəlib.
Arena.az xəbər verir ki, pley-off oyununda Birinci Liqaya vəsiqə uğrunda “Difai” (Ağsu) və “Hypers” (Quba) komandaları qarşılaşıblar.
“Bayıl Arena”da keçirilmiş görüş “Difai”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Ağsu təmsilçisi 1-ci liqadakı yerini qoruyub.
Xatırladaq ki, “Difai” geridə qalmış mövsümü 1-ci Liqada keçirib və 9-cu yeri tutub. Quba təmsilçisi isə İkinci Liqada 4-cü olub.
Birinci Liqaya vəsiqə uğrunda pley-off oyunu
28 may
“Difai” (Ağsu) – “Hypers” (Quba) 3:1
Qollar: Xəyal Bədirov, 15. Ceyhun Muxtarlı, 51. Fərid Kərimzadə, 88 – İlqar Ələkbərov, 90+3.
Sarı vərəqələr: Xəyyam Məmmədli, 78 (qeyri-idman hərəkəti) – Sənan Aslanov, 53 (qeyriidman hərəkəti). Kamil Hüseynov, 87 (qeyri-idman hərəkəti).
Baş hakim: Elçin Məsiyev.
“Bayıl Arena”. 700 tamaşaçı.
Difai: 1. Sahib Həsənov, 11. Fərid Kərimzadə (24. Rəvan Əvəzov, 90+2), 7. Ceyhun Muxtarlı (32. Xəyyam Məmmədli, 75), 55. Seymur Əliyev (k), 6. Xəyal Bədirov, 50. Qurban Hüseynov (21. Anar Əhmədzadə, 90+2), 2. Seymur Rəhimov, 20. Mahir Həsənov, 8. Emil Quluzadə, 9. Kristian Kamta, 19. Muhammed Alfa (44. Yaqub Yusubov, 83).
Ehtiyat oyunçular: 85. Nail Alışov, 12. Vaqif Məlik-Yeqanov, 10. Tahir Zeynalov, 17. Riad Abbaszadə, 5. Ömər Məmmədzadə, 66. Arzu Atakişiyev, 13. Nicat Əliyev.
Məşqçi: Aydın Qasımov.
Hypers: 98. Elxan Qasımov, 55. Qeyrət Əliyev, 10. Cavid İmamverdiyev (k), 11. Ruslan Qurbanov (88. Nicad İsmayılov, 46), 5. Kamil Hüseynov, 14. İlqar Ələkbərov, 25. Baxşəli Baxşəliyev (6. Xaqan Məmmədov, 46 / 99. İlham Yarəliyev, 80, 7. Hüseyn Novruzov (8. İbrahim Nağıyev, 90+2), 15. Ramin Məhərrəmov, 71. Sənan Aslanov, 70. İbrahim İbrahimli (19. Mətləb Osmanov, 90+2).
Ehtiyat oyunçular: 35. Fərman Bayramov.
Baş məşqçi: Elvin Həsənov.


