Futbol üzrə Konqo milli komandasının hücumameyilli yarımmüdafiəçisi Domi Jaures Massumu bundan sonra “Qəbələ”nin formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Sağ və sol vinger mövqeyində də çıxış edə bilən 21 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Domi Jaures Massumu bunadək vətənində “Otoho d’Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb. 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.



