Draqan Stoykoviç daha 2 il Serbiya millisində qalacaq – Rəsmi

Serbiya Futbol Federasiyası bu ölkənin yığma komandasının baş məşqçisi Draqan Stoykoviç ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə Stoykoviçlə 2 illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb. Bir sözlə, 59 yaşlı mütəxəssis 2026-cı ilin yayına kimi bu komandaya rəhbərliyini davam etdirəcək.

Draqan Stoykoviç 2021-ci ilin mart ayından Serbiya milli komandasını çalışdırır. Onun rəhbərliyi altında 37 oyun keçirmiş bu komanda uğurlu nəticələri ilə diqqət çəkir. Belə ki, Serbiya yığması Stoykoviçlə 21 qələbə qazanıb, 7 heç-heçə edib və 9 məğlubiyyət görüb.

Serbiya millisi Draqan Stoykoviçin rəhbərliyi altında 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının final mərhələsində iştirak edib. “Qırmızı-göylər” iyunun 14-də Almaniyada start götürəcək AÇ-2024-də də çıxış edəcəklər.

Stoykoviç keçmiş Yuqoslaviya yığmasının və “Srvena Zvezda”nın əfsanəvi oyun qurucusu olub. O, 1992-cü ildə Marsel “Olimpik”i ilə UEFA Çempiolar Liqasının qalibi adını qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: