Draqan Stoykoviç: “İngiltərə millisinə uduzmağa layiq deyildik”

Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç AÇ-2024-ün 1-ci turunda İngiltərə yığması ilə oyunu (0:1) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, serb mütəxəsssin bu barədə fikirlərini təqdim edir:

“Çox yaxşı oyun oldu, hər iki komandadan yüksək keyfiyyət gördük. İngiltərə yığması çox yaxşı, güclü komandadır, amma biz çox cəsarətli oyun göstərdik və oynamaq istədiyimiz futbol üslubunu nümayiş etdirdik. İstədiyimizə nail ola bildik – topa nəzarət etdik və İngiltərə yığmasını müdafiəyə məcbur etdik. Mən qürur duyuram ki, məğlubiyyətə layiq deyildik, amma davamını gətirməyə iddialıyıq.
Əlbəttə, nəticə məni qane etmir, amma o var və bizim dincəlmək və bərpa olmaq üçün kifayət qədər vaxtımız var. Sloveniya yığması ilə oyunda əlimizdən gələni edəcəyik – bu oyunda qalib gəlməliyik”, deyə Draqan Stoykoviç vurğulayıb.

1-ci turdan sonra İngiltərə yığması 3 xalla “C” qrupuna başçılıq edir. Danimarka və Sloveniya yığmaları 1 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşürlər. Serbiya yığması isə xalsızdır və qrupda sonuncu, 4-cü yerdə qərərlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: