Futbol üzrə Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviç son oyunlardakı məğlubiyyətlərə görə istefa verib.
Arena.az bu barədə Serbiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, mütəxəssis Albaniyaya evdə uduzduqları (0:1) DÇ-2026-nın seçmə mərhələsinin oyunundan sonra postundan ayrılıb.
Qeyd edək ki, Serbiya millisi yer aldığı K qrupunda 7 xalla üçüncü pillədə qərarlaşıb. Serblər Albaniya ilə oyundan öncə İngiltərəyə də 0:5 hesabıyla uduzmuşdu. Albaniya bu qrupda 11 xalla ikinci, İngiltərə 15 xalla birincidir.
Xatırladaq ki, Draqan Stoykoviç 2021-ci ilin mart ayından Serbiya milli komandasını çalışdırırdı. Onun rəhbərliyi altında 55 oyun keçirmiş bu komanda 26 qələbə qazanıb, 14 heç-heçə edib və 15 məğlubiyyət görüb.
Serbiya millisi Stoykoviçin rəhbərliyi altında 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının final mərhələsində iştirak edib.
Stoykoviç keçmiş Yuqoslaviya yığmasının və “Srvena Zvezda”nın əfsanəvi oyun qurucusu olub. O, 1992-cü ildə Marsel “Olimpik”i ilə UEFA Çempiolar Liqasının qalibi adını qazanıb.


