Rusiyanın “Zenit” klubunun braziliyalı mərkəz yarımmüdafiəçi Du Keyros bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
“Sabah”ın yaydığı məlumata görə, braziliyalı yarımmüdafiəçi Rusiyanın “Zenit” klubundan icarəyə götürülüb. Müqaviləyə əsasən, 26 yaşlı futbolçu 2026/2027-ci illər mövsümünün sonuna qədər Azərbaycan çempionunun şərəfini qoruyacaq. Bakı klubu icarə müddəti başa çatdıqdan sonra futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Du Keyros karyerası ərzində Braziliyanın “Korintians” (2021–2023), “Qremio” (2024) və “Sport Resife” (2025), Rusiyanın “Zenit” (2023–2024) və “Orenburq” (2025–2026) klublarında çıxış edib.
“Sabah” bu yay Eyden Makkarti, Yunes Laşaab, Junior Almeyda, Ksander Severina, Amin Ramazanov və Kristian Nvaçukvunu da heyətinə qatıb. Coy-Lens Mikels, Stas Pokatilov, Velko Simiç, Tellur Mütəllimov və Patrik Mbina ilə yeni müqavilə imzalanıb. Jesse Sekidika, Pavol Şafranko, Amin Seydiyev, Nicat Mehbalıyev, İqor Noqeyra, Andrey Santos, Seymur Məmmədov və Abdulla Rzayev isə komandanı tərk ediblər.


