Elmar Baxşıyev “Qəbələ”nin baş məşqçisi postunda 100-cü oyununu keçirib. Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin rəsmi saytı məlumat yayıb.
42 yaşlı mütəxəssisin yubileyi Azərbaycan kubokunun 1/8 final mərhələsinə təsadüf edib. “Qırmızı-qaralar” “Araz Naxçıvan”la ev oyununda 5:0 hesablı qələbə qazanıb.
Elmar Baxşıyev “Qəbələ”nin baş məşqçisi kimi 2019-cu il sentyabrın 14-də “Sabah”la səfər matçında debüt edib. Komanda həmin görüşdə 1:0 hesablı qələbə qazanıb. Onun rəhbərliyi altında Premyer Liqada 87, kubokda 11, avrokuboklarda 2 matça çıxan komanda 35 qələbə qazanıb, 27 heç-heçə edib və 38 dəfə uduzub.
“Qəbələ” Azərbaycan kubokunda 2022/23 mövsümünə məhz “Araz Naxçıvan”la oyunla başlayıb. “Qırmızı-qaralar” 1/8 final mərhələsində 5:0 hesablı qələbə qazanıb. Bu, klub tarixində 5 və ya daha çox top fərqli 12-ci qələbədir. “Qəbələ” Premyer Liqada 6, Azərbaycan kubokunda 4, Birinci Divizionda 2 dəfə belə böyük fərqlə qalib gəlib.
21.09.2005. Birinci divizion. Göy-Göl – Şərur 8:0
10.05.2006. Birinci divizion. Gilan – Energetik 6:0
16.10.2006. Azərbaycan kuboku. Gilan – Şahdağ 6:0
11.11.2007. Premyer Liqa. Gənclərbirliyi – Qəbələ 0:6
04.10.2015. Premyer Liqa. Qəbələ – Xəzər Lənkəran 6:0
03.12.2015. Azərbaycan kuboku. Qəbələ – Mil-Muğan 7:0
10.09.2016. Premyer Liqa. Neftçi – Qəbələ 0:8
25.11.2017. Premyer Liqa. Kəpəz – Qəbələ 1:6
29.11.2017. Azərbaycan kuboku. Qəbələ – Mil-Muğan 8:0
07.03.2020. Premyer Liqa. Qəbələ – Sumqayıt 5:0
18.09.2021. Premyer Liqa. Qəbələ – Səbail 5:0
22.11.2022. Azərbaycan kuboku. Qəbələ – Araz-Naxçıvan 5:0
40-cı qələbə
“Qəbələ” Azərbaycan kubokunda 40-cı qələbəsini qazanıb. Bu yubiley 1/8 final mərhələsinin “Araz Naxçıvan”la oyununa təsadüf edib.
“Qırmızı-qaralar” ev matçında 5:0 hesablı qələbə qazanıb. Bu, komandanın kubokdakı 75-ci matçına təsadüf edib.
Yarışda 2005/06 mövsümündə debüt edən “Qəbələ” 22 dəfə evdə, 17 dəfə səfərdə, 1 dəfə neytral meydanda qalib gəlib. İlk qələbə 2005-ci il sentyabrın 14-də MOİK-lə ev matçına təsadüf edib – 2:0.


