Tanınmış jurnalist Elnur Məmmədli AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin yeni rəhbəri təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Uzun illərdir telejurnalist kimi çalışan Məmmədli bu postda Firuz Abdullanı əvəzləyib.
Azərbaycan idman mediasının ən parlaq nümayəndələrindən biri olan Elnur Məmmədli 25 ildən artıqdır bu sahədədir. O, jurnalistlik fəaliyyətinə “Futbol+”də başlayıb, daha sonra ANS, AzTV, “İdman TV”, “CBC Sport” kimi telekanallarda çalışıb. Ölkənin ən tanınmış idman şərhçilərindən olan Məmmədli bir müddət Azərbaycan Boks Federasiyasının da mətbuat katibi kimi fəaliyyət göstərib.


