Elvin Camalov “Sabah”la yeni müqavilə bağladı

Sabah” yarımmüdafiəçisi Elvin Camalov ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2024-cü ilin may ayına kimidir. Onun əvvəlki sözləşməsinin müddəti bu yay bitirdi.

Elvin Camalov 2021-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, son mövsümdə bu komandanın heyətində 29 oyuna çıxıb.

Azərbaycan yığmasının da üzvü olan Elvin, daha öncə “Qəbələ” və “Zirə”nin formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: