Elvin Camalov “Zirə”dən ayrıldı, “Sabah”la müqavilə bağladı

“Zirə”nin yarımmüdafiəçisi Elvin Camalov sözügedən komandadan ayrılıb.

Arena.az xəbər verir ki, o, bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.

Bu barədə futbolçunun yeni klubunun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Azərbaycan milli komandasının da üzvü olan Camalov, karyerası ərzində “Qəbələ” (2013-2019) və “Zirə” (2019-2021) komandalarında çıxış edib.

Elvin Camalov “Sabah”ın mövsümlərarası fasilə dönəmindəki ilk transferidir. Sözügedən klubda daha öncə Saşa Stamenkoviç və Zurab Oçiqava ilə müqavilələrin yeniləndiyi açıqlanmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: