Elvis Maşike “Araz-Naxçıvan”ın tarixinə düşdü

Azərbaycan Premyer Liqasının 10-cu turunun “Qəbələ” ilə səfər oyunu “Araz-Naxçıvan”ın hücumçusu Elvis Maşike üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, “Araz-Naxçıvan” bu oyunda 4:1 hesablı səfər qələbəsinə sevinib.

Naxçıvan təmsilçisi bu oyunda həm də Azərbaycan çempionatlarında 50-ci qolunu vurub. Yubiley topuna məhz Elvis Maşike imza atıb. Səfər görüşündə komandasının 3-cü qolunu vuran Elvis bununla klub tarixinə düşüb.

“Araz-Naxçıvan”ın 50-ci qolu yüksək liqadakı 52-ci matçda qeydə alınıb. Qəbələdə daha bir dəfə fərqlənməklə bu rəqəmi 51-ə çatdıran komandanın orta məhsuldarlığı 0,98-dir. Naxçıvanlılar evdə 26, səfərdə 25 qol vurublar.

Muxtar Respublika təmsilçisinin ilk qolu 2000-ci il avqustun 20-də qeydə alınıb. Quba “Şahdağ”ının qonağı olan “Araz-Naxçıvan” İlham Allahyarovun rəqib qapısına yol tapdığı matçda 1:0 hesablı qələbə qazanıb.

Xatırladaq ki, Qəbələdəki qələbə “Araz-Naxçıvan”ın yüksək liqada üç xal qazandığı 15-ci matç olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: