“Qarabağ”ın futbolçusu Emmanuel Adday UEFA Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı qolunun müəllifi adına namizəddir.
Arena.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb.
24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qalib gəldikləri ÇL-in Liqa mərhələsinin 2-ci turunun matçında fərqlənib. Forvard “köhlən atlar”ın ikinci qoluna imza atıb.
Addaydan başqa, İngiltərənin “Mançester Siti” klubundan Erlinq Haland, “Monako”dan Cordan Teze, Niderland təmsilçisi PSV-dən İsmael Saibari də həftənin ən yaxşı qolunun müəllifi adına namizəddir.
Xatırladaq ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşdığı “Kopenhagen”i 2 cavabsız qolla üstələyib. Emmanuel Adday bu oyunun 70-ci dəqiqəsində meydana buraxılıb, 83-cü dəqiqədə isə matçın yekun nəticəsini müəyyənləşdirmiş qola imza atıb.


