İspaniyanın “Barselona” klubunda forma geyinən türkiyəli yarımmüdafiəçi Emre Demir yenidən Türkiyəyə qayıdıb. Arena.az xəbər verir ki, 19 yaşlı futbolçu “Fənərbaxça”ya transfer olunub.
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Gənc yarımmüdafiəçi ilə 4.5 illik müqavilə imzalanıb. “Fənərbaxça”ya azad agent kimi qoşulan futbolçu üçün “Barselona”ya təzminat ödənilməyib.
Emre Demir “Kayserispor”un yetirməsidir. Gənc futbolçu “Barselona”ya 2022-ci ilin iyul ayında 2 milyon avro qarşılığında transfer olunmuşdu. O, Kataloniya təmsilçisinin aşağı yaş qrupları üzrə yığmalarında oynayıb. Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında oynamış futbolçu hazırda U-19-a dəvət alır.
“Fənərbaxça” yeni transferini icarəyə verib. Belə ki, Demirin bu mövsümün sonuna kimi TFF 1-ci Liqada mübarizə aparan “Samsunspor”da çıxış edəcəyi açıqlayıb.


