Türkiyənin “Trabzonspor” klubunun gənc hücumçusu Emrehan Gedikli Super Liqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 19 yaşlı forvard Avstriyanın “Austriya” (Lustenau) komandasına keçib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Trabzon klubu gənc forvardı icarəyə verib. Emrehanın bu mövsümün sonuna kimi Avstriyada legioner həyatı yaşayacağı diqqətə çatdırılıb.
Xatırladaq ki, Emrehan Gedikli “Trabzonspor”a ötən mövsüm Almaniyanın “Bayer” klubundan 800 min avro qarşılığında transfer olunub. O, Trabzon klubunun əsas komandasında cəmi 1 matça çıxıb. Gənc futbolçunun sonuncu Türkiyə çempionu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.


