Ermənistan yığmasının mətbuat katibi komandanın baş məşqçisi Aleksandr Petrakova Ukrayna ilə bağlı suallar verməməyi xahiş edib.
Arena.az xəbər verir ki, iyunun 16-da Kardiffdə Ermənistan yığması Avropa çempionatının seçmə mərhələsinin 3-cü turu çərçivəsində Uels yığması ilə qarşılaşacaq.
Jurnalist əvvəlcə Petrakovdan 2022-ci il dünya çempionatının pley-off oyununda Petrakovun rəhbərlik etdiyi Ukrayna yığmasının Uelsə uduzduğu Kardiffə qayıtdıqdan sonra hansı hissləri keçirdiyini soruşub.
Bundan sonra jurnalist mütəxəssisə Ukrayna ilə bağlı sual verməyə çalışsa da, mətbuat katibi hazırda Petrakovun Ermənistan yığmasının baş məşqçisi olduğunu vurğulayaraq, Ukrayna ilə bağlı sual verməməyi xahiş edib.
Xatırladaq ki, Petrakov 2021-2022-ci illərdə Ukrayna yığmasına rəhbərlik edib. 2023-cü ilin yanvarında Petrakov Ermənistan yığma komandasının sükanı arxasına keçib.
Mətbuat katibinin qəribə xahişinin siyasi motivlərə dayandığı və ya peşəkar maraqları gözlədiyi qaranlıq olaraq qalır.


