Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 3-cü turun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə vurğulanır ki, turun görüşləri iki günü əhatə edəcək. Sentyabrın 5-də 4 qarşılaşma baş tutacaq. Qalan iki oyun isə ayın 6-na təsadüf edəcək.
Əvəzedicilər Liqası
3-cü tur
5 sentyabr
“Şamaxı-2” – “Qəbələ-2”
Şamaxı şəhər stadionu, 16:00.
“Araz-Naxçıvan-2” – “Sabah-2”
Binə qəsəbə stadionu, 16:30.
“Kəpəz-2” – “Turan Tovuz-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.
“Şəfa-2” – “İmişli-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:00.
6 sentyabr
“Zirə-2” – “Neftçi-2”
Binə qəsəbə stadionu, 16:30.
“Sumqayıt-2” – “Qarabağ-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:00.


