Ezekiel Morqan “İmişli”də

Ötən mövsümü “Karvan”da keçirmiş qanalı yarımmüdafiəçi Ezekiel Morqan bundan sonra “İmişli”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “İmişli”nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Xatırladaq ki, Ezekiel Morqan daha öncə ölkəsində “Tudu Mayti Jets” klubunun formasını geyinib. 2023-cü ildən Azərbaycanda olan dayaq yarımmüdafiəçisinin ölkəmizdə ilk ünvanı “Kəpəz” olub. Amma Gəncə klubu onu elə həmin il “İmişli”yə icarəyə verib. Bir sözlə, Ezekiel “İmişli” üçün tanış simadır. Ötən mövsümü isə Morqan “Karvan”da icarədə keçirib.

Xatırladaq ki, “İmişli” daha öncə Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Ronaldo Rodriqes, Rafael Vyeqas və Hüseynəli Quliyevi də heyətinə qatmışdı. Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka, Vüsal Qənbərov və Dioqo Vaskes Rollo da klubla yeni müqaviləyə imza atıblar. Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike və Xəyal Tomarov isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: